Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-21,
Seanews
Heyder Eliyev

Honkonq limanının konteyner dövriyyəsi artıb

2025-ci ilin yanvar-mart aylarında Çinin Honkonq limanının konteyner dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% artaraq 3,39 milyon TEU təşkil edib.

“Seanews.az” xəbər verir ki, limanın ən böyük konteyner terminalı olan “Kwai Tsing” vasitəsilə yükaşırma 0,1% artaraq 2,58 milyon TEU-ya çatıb.

Digər terminallarla 810 min TEU aşırılıb ki, bu da 9,3% artıq deməkdir.

Dünyanın ən böyük yükaşırma mərkəzlərindən biri olan Honkonq limanının ildə 456 min gəmini işləmək gücü var. 2024-cü ildə limanın konteyner dövriyyəsi 13,7 milyon TEU (-4,9%) olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır