Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-12,
Seanews
Heyder Eliyev

"CMA CGM" yeni nəhəng konteyner gəmisi üçün Süveyş kanalı marşrutunu seçdi

Süveyş Kanalı Rəhbərliyi (SCA) marşrutun təhlükəsizliyinə inamı bərpa etmək məqsədilə dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ilə işləyən konteyner gəmisinin kanaldan keçdiyini elan edib.

"Seanews.az" xəbər verir ki, təxminən altı həftə əvvəl Çində inşası başa çatan, Sinqapur qeydiyyatlı "CMA CGM Grand Palais" gəmisi 23,876 TEU tutumu və 400 metr uzunluğu ilə diqqət çəkir.

İlk səfəri çərçivəsində Aralıq dənizinə doğru istiqamət alan bu nəhəng gəminin Süveyşdən keçidi regionda sabitliyin yenidən bərpa olunmasının göstəricisi kimi qiymətləndirilir. SCA sədri Osama Rabie "CMA CGM" şirkəti ilə uzunmüddətli tərəfdaşlığın davam etdiyini və kanalın cəlbediciliyini artırmaq üçün rüsumlarda müəyyən güzəştlərin tətbiq olunduğunu bildirib.

Buna baxmayaraq, "Maersk" və "Hapag-Lloyd" kimi iri daşıyıcılar təhlükəsizlik səbəbindən hələ də bu marşrutdan çəkinir. Digər tərəfdən, dəniz turizmi sektorunda da canlanma müşahidə olunur. Belə ki, "Crystal Cruises" şirkətinə məxsus "Crystal Serenity" kruiz gəmisi yaxın günlərdə turistlərlə birlikdə kanaldan keçməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır