Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-12,
Seanews
Heyder Eliyev

"Hapag-Lloyd" və "CMA CGM" Kubaya yük daşımalarını dayandırıb

ABŞ-nin Kubaya qarşı sanksiya təzyiqlərini artırmasından sonra dünyanın iki nəhəng konteyner xətti bu ölkəyə yük daşımalarını dayandırmaq qərarına gəlib.

"Seanews.az" xarici mediaya istinadla xəbər verir ki, məhdudiyyətlər ABŞ prezidentinin Kuba iqtisadiyyatının energetika, müdafiə, metallurgiya, dağ-mədən, maliyyə və təhlükəsizlik sektorlarında fəaliyyət göstərən subyektlərin aktivlərinin dondurulmasını nəzərdə tutan yeni fərmanından sonra qüvvəyə minib. Sənəddə gəmiçilik sektorunun adı birbaşa çəkilməsə də, sanksiya rejiminin pozulması (qeyri-müvafiqlik) riskləri Almaniyanın "Hapag-Lloyd" və Fransanın "CMA CGM" şirkətlərini hərəkətə keçməyə məcbur edib.

"Hapag-Lloyd" müştərilərinə müraciətində Kubaya və Kubadan olan yeni bukinqlərin (yük yerlərinin sifarişi) qəbulunu müvəqqəti dayandırdığını və gələcək fəaliyyətin hansı şərtlərlə mümkün ola biləcəyini müəyyənləşdirmək üçün hazırda vəziyyəti qiymətləndirdiyini bildirib. "CMA CGM" isə bəyanatında ABŞ-nin fərmanından sonra növbəti bildirişə qədər Kubaya istiqamətlənən bütün bukinqləri dondurduğunu elan edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır