ASCO-nun tankerləri ilə ötən ay 340 min tondan çox yük daşınıb
AZCON Holding şirkətlərindən olan ASCO-nun tanker donanması ilə 2026-cı ilin aprel ayı ərzində 340.786 ton yük daşınıb.
Bu göstərici əvvəlki ayla müqayisədə 37,3 faiz çoxdur. Belə ki, 2026-cı ilin mart ayında tankerlərlə daşınan yükün həcmi 248.286 ton təşkil edib.
Cari ilin yanvar-aprel ayları ərzində isə ASCO-nun tankerləri ilə ümumilikdə 1.226.025 ton yük daşınması həyata keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

