Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-12,
Seanews
Heyder Eliyev

ASCO-nun quru yük gəmiləri ilə daşımaların həcmi artıb

AZCON Holding şirkətlərindən olan ASCO-nun quru yük gəmiləri ilə 2026-cı ilin yanvar-aprel aylarında ümumilikdə 558 min 848 ton yük daşınıb.

Ötən ilin eyni dövründə bu göstərici 497 min 828 ton təşkil etmişdi. Beləliklə, quru yük daşımalarının həcmində 12,3 faiz artım qeydə alınıb.

Təkcə aprel ayında ASCO-nun quru yük gəmiləri ilə 145 min 353 ton yük daşınıb. 2025-ci ilin aprel ayında isə bu göstərici 56 min 505 ton olmuşdu.

Nəticədə, aylıq müqayisədə quru yük daşımalarının həcmində 157,2 faiz artım müşahidə edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır