Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-12,
Seanews
Heyder Eliyev

Konteyner daşımalarında pik mövsüm erkən başlayıb, fraxt dərəcələri kəskin yüksəlir

Qlobal konteyner daşımaları bazarında pik mövsümün bu il gözləniləndən daha erkən başlaması fraxt dərəcələrinin kəskin yüksəlməsinə səbəb olub. "Drewry" konsaltinq şirkətinin məlumatına görə, Dünya Konteyner İndeksi (WCI) iyunun 4-nə olan vəziyyətə görə bir həftə ərzində 23 faiz artaraq 40 futluq konteyner (FEU) üçün 3433 dollara çatıb.

“Seanews.az” xəbər verir ki, ən böyük artım Asiya–Avropa və Trans-Sakit okean marşrutlarında qeydə alınıb. Şanxay–Los-Anceles xəttində fraxt dərəcələri həftə ərzində 31 faiz, Şanxay–Rotterdam marşrutunda isə 25 faiz yüksəlib.

Analitiklər bildirirlər ki, erkən pik mövsüm, limanlardakı sıxlıq, daşıyıcıların tutum idarəetməsi və Qırmızı dəniz marşrutundan yayınmalar bazarda mövcud daşıma gücünü azaldaraq qiymətləri artırır. Eyni zamanda, boş vəziyyətdə olan konteyner gəmilərinin sayı tarixi minimum səviyyəyə enib və bu da bazarda təklifin məhdud qalmasına səbəb olur.

Mütəxəssislər yaxın həftələrdə həm Asiya–Avropa, həm də Trans-Sakit okean marşrutlarında fraxt dərəcələrinin daha da artacağını proqnozlaşdırırlar. Bu vəziyyət xüsusilə konteyner daşımalarından gəlirləri son dövrlərdə azalan "Maersk", "Hapag-Lloyd" və "Zim" kimi şirkətlər üçün müsbət xəbər hesab olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır