Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-12,
Seanews
Heyder Eliyev

Süveyş kanalında əlavə keçid rüsumları artırılır

Misirin Süveyş Kanalı İdarəsi (SCA) iyulun 15-dən etibarən əksər gəmi növləri üçün tətbiq olunan əlavə keçid rüsumlarını artıracağını açıqlayıb.

“Seanews.az” xəbər verir ki, yeni qərar tanker, qazdaşıyan, balker və konteyner gəmilərinin kanal vasitəsilə keçid xərclərini yüksəldəcək.

Ən böyük artım neft və neft məhsulları daşıyan tankerlərə şamil olunacaq. Yüklü tankerlər üçün əlavə rüsum 25%-dən 37%-ə, boş tankerlər üçün isə 15%-dən 27%-ə qaldırılır. LNG daşıyıcıları üçün əlavə ödəniş 7%-dən 19%-ə, LPG daşıyıcıları və kimyəvi tanker gəmiləri üçün isə 20%-dən 32%-ə yüksələcək.

Konteyner gəmiləri üçün əlavə rüsum 12% olaraq qalacaq, sərnişin gəmilərinə isə dəyişiklik tətbiq edilməyəcək. SCA bildirib ki, əlavə rüsumlar bazar şəraitinə uyğun olaraq gələcəkdə dəyişdirilə və ya ləğv edilə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır