Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-12,
Seanews
Heyder Eliyev

Konteyner daşımalarında tariflər son iki ilin ən yüksək səviyyəsinə yaxınlaşır

2026-cı ilin konteyner daşımaları bazarı üçün sakit keçəcəyi gözlənilsə də, artan tələbat və geosiyasi gərginliklər yükdaşıma tariflərini son iki ilin ən yüksək səviyyəsinə çatdırıb.

“Seanews.az” xəbər verir ki, “Drewry” şirkətinin Dünya Konteyner İndeksi ötən həftə 40 futluq konteyner (FEU) üçün 4 200 ABŞ dollarına yaxınlaşıb. Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıb. Artıma əsasən ABŞ idxalçılarının yüksək tələbatı, Çindən daşımaların çoxalması, məhdud daşıma gücü, eləcə də ABŞ–İran münaqişəsinin yaratdığı təsirlər səbəb olub.

Mütəxəssislərin fikrincə, artımın əsas səbəblərindən biri ABŞ-də yaxın aylarda idxal rüsumlarının yenidən artırılacağı gözləntisidir. Bu səbəbdən idxalçılar ilin sonundakı bayram mövsümü üçün sifarişləri əvvəlcədən yerləşdirir ki, mövcud tariflərdən yararlana bilsinlər.

Nəticədə Şanxay–Los-Anceles marşrutu üzrə spot yükdaşıma tarifi təkcə son bir həftədə 12 faiz artaraq 40 futluq konteyner üçün 5 750 ABŞ dollarına yüksəlib. Bununla yanaşı, Cənub-Şərqi Asiyadan ABŞ-nin qərb sahillərinə daşınma tariflərində də kəskin artım qeydə alınıb.

Bununla belə, analitiklər hesab edirlər ki, bu artım uzunmüddətli olmayacaq və yeni gömrük rüsumları qüvvəyə mindikdən sonra yükdaşıma tarifləri aşağı düşə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır