Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-12,
Seanews
Heyder Eliyev

Qlobal konteyner donanması 20 milyon TEU həddini keçib, kiçik tutumlu gəmilərə tələbat artır

“Clarksons Research” şirkətinin hesabatına görə, qlobal konteyner donanmasının ümumi tutumu ilk dəfə 20 milyon TEU həddini keçib. Şirkət bunu konteyner daşımaları sektorunun inkişafında mühüm mərhələ kimi qiymətləndirir.

“Seanews.az” xəbər verir ki, hesabatda qarşıdakı illərdə xüsusilə 3 000 TEU-dan kiçik konteyner gəmilərinə ehtiyac artacağı bildirilir. Buna səbəb qlobal donanmada kiçik və iri tutumlu gəmilər arasında yaranmış balanssızlıqdır. Hazırda 3 000 TEU-dan kiçik gəmilər üzrə sifariş portfeli mövcud donanmanın cəmi 10 faizini təşkil etdiyi halda, 8 000 TEU-dan böyük gəmilər üçün bu göstərici 33 faizə çatır.

“Clarksons Research” həmçinin qeyd edir ki, 2012-ci ildən bəri utilizasiyaya göndərilən 724 konteyner gəmisinin təxminən 70 faizi 3 000 TEU-dan kiçik gəmilər olub. Eyni zamanda, fider (regional paylayıcı) donanması 2011-ci ilin ikinci yarısından etibarən azalma tendensiyası göstərir və yaxın iki ildə bu seqmentdə ciddi tutum artımı gözlənilmir.

Hesabata əsasən, iri konteyner gəmilərinin regional marşrutlara cəlb edilməsi məhdud olduğundan, regional daşımalarda əlavə tutuma ehtiyac yaranacağı təqdirdə bu, kiçik tutumlu fider konteyner gəmilərinə tələbatı daha da artıracaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır