Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-12,
Seanews
Heyder Eliyev

Qlobal konteyner daşımalarında spot tariflər 9% artıb, əsas marşrutlarda bahalaşma davam edir

Qlobal konteyner daşımalarında spot tariflər artımını davam etdirir. “Drewry World Container Index”in (WCI) son hesabatına görə, qiymətlər ötən həftə ilə müqayisədə 9 faiz artaraq 40 futluq konteyner üçün 4 530 ABŞ dollarına çatıb.

“Seanews.az” xəbər verir ki, ən böyük bahalaşma Trans-Sakit okean marşrutunda qeydə alınıb. Şanxay–Nyu-York xəttində spot tariflər 11 faiz artaraq 7 902 dollar, Şanxay–Los-Anceles marşrutunda isə 10 faiz yüksələrək 6 349 dollar olub.

“Drewry” bildirir ki, məhdud daşıma tutumu və mövsümi tələbatın yüksək qalması qiymət artımını dəstəkləyir. Gəmiçilik şirkətləri iyul ayı üçün yeni tarif artımları və pik mövsüm əlavələri tətbiq etməyə davam edir.

Asiya–Avropa marşrutunda da qiymətlər yüksəlib. Şanxay–Genuya xəttində tariflər 10 faiz artaraq 6 360 dollara, Şanxay–Rotterdam marşrutunda isə 7 faiz yüksələrək 4 682 dollara çatıb.

“Drewry” hesab edir ki, Hörmüz boğazında kommersiya gəmiçiliyinin bərpa olunmasına baxmayaraq, bölgədə təhlükəsizlik riskləri və əsas ticarət marşrutlarında davam edən geosiyasi gərginlik yaxın həftələrdə də yükdaşıma tariflərinə artım təzyiqi göstərəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır