Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-12,
Seanews
Heyder Eliyev

“Maersk” və “Hapag-Lloyd” Asiya–Avropa marşrutunu yenidən Süveyş kanalı üzərindən həyata keçirəcək

“Maersk” və “Hapag-Lloyd” şirkətləri AE15 adlı Asiya–Avropa konteyner xidmətinin marşrutunda dəyişiklik edərək gəmilərin yenidən Süveyş kanalı və Qırmızı dəniz üzərindən hərəkət edəcəyini açıqlayıblar.

“Seanews.az” xəbər verir ki, marşrut üzrə ilk səfəri “Majestic Maersk” konteyner gəmisi yerinə yetirəcək.

Şirkətlərin bildirdiyinə görə, qərar Qırmızı dənizdə təhlükəsizlik vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul edilib və Süveyş marşrutuna mərhələli qayıdışın başlanğıcı hesab olunur.

“Maersk” qeyd edib ki, Süveyş kanalı və Qırmızı dəniz marşrutu Asiya ilə Avropa arasında yükdaşımalar üçün ən sürətli, səmərəli və ekoloji baxımdan daha dayanıqlı seçimdir. Yeni dəyişiklik sayəsində müştərilər üçün daşınma müddəti qısalacaq.

Bununla yanaşı, “Maersk” və “Hapag-Lloyd” vurğulayıblar ki, “Gemini Cooperation” çərçivəsində xidmətlərin gələcək fəaliyyəti Qırmızı dənizdə təhlükəsizlik vəziyyətindən və regionda gərginliyin artmamasından asılı olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır