Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-12,
Seanews
Heyder Eliyev

ABŞ LNG tankeri tarif mübahisəsindən sonra Çinə ilk birbaşa reys edib

ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tanker Vaşinqton və Pekin arasında tarif mübahisəsinin birbaşa tədarükləri dayandırmasından sonra ilk dəfə Çinə birbaşa reys həyata keçirib.

“Seanews.az” xəbər verir ki, ABŞ-nin “Venture Global LNG” şirkətinin Luizianadakı Plaquemines ixrac terminalından iyunun əvvəlində yüklənən LNG-ni daşıyan "Al Fath" tankeri Haynan adasındakı Yangpu terminalına daxil olub. Bu, 2025-ci ilin fevralından bəri ABŞ-dən Çinə ilk birbaşa LNG reysi hesab edilir.

Bununla belə, analitiklər yükün Çin daxili bazarına buraxılmaya biləcəyini bildirirlər. Yangpu terminalındakı gömrük rüsumundan azad anbarlar LNG-nin idxal rüsumu ödənilmədən saxlanılmasına və yenidən ixracına imkan verir. Çində tələbatın zəif qalması və Asiyada LNG qiymətlərinin daha yüksək olması səbəbindən yükün başqa ölkəyə yönləndirilməsi daha sərfəli hesab olunur.

Çin dünyanın ən böyük LNG idxalçısı olsa da, ABŞ enerji məhsullarına, o cümlədən LNG-yə tətbiq olunan 15 faizlik tarif qüvvədə qalır. Bu səbəbdən Çin şirkətləri ABŞ mənşəli LNG yüklərini son dövrlərdə əsasən digər bazarlara yönləndirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır