Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-12,
Seanews
Heyder Eliyev

ASCO-nun gəmi-bərələri ilə avtotexnika (TIR) daşımaları 6% artıb

AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmi-bərələri ilə avtotexnika (TIR) daşımalarının həcmi 2026-cı ilin I yarımilində ötən ilin eyni dövrü ilə müqayisədə 6% artıb.

2025-ci ilin I yarımilində gəmi-bərələrlə 486 min 926 ton avtotexnika (TIR) daşındığı halda, cari ilin müvafiq dövründə bu göstərici 515 min 33 tona çatıb.

İlk yarımildə ən yüksək aylıq göstərici isə 2026-cı ilin iyun ayında qeydə alınıb. Həmin ay ərzində 116 365 ton avtotexnika (TIR) daşınıb. Bu da ötən ilin iyun ayında daşınmış 85 804 ton ilə müqayisədə 41,4% çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır