Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-12,
Seanews
Heyder Eliyev

ASCO-nun bərələri ilə daşınan sərnişinlərin sayında artım qeydə alınıb

AZCON Holding şirkətlərindən olan ASCO-nun bərələri ilə 2026-cı ilin I yarımilində 13 219 nəfər sərnişin daşınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,41% çoxdur. Belə ki, 2025-ci ilin I yarımilində daşınan sərnişinlərin sayı 12 783 nəfər olub.

Hesabat dövründə ən yüksək sərnişin daşınması iyun ayında qeydə alınıb. Həmin ay ASCO-nun bərələri ilə 2 944 nəfər sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə (2 344 nəfər) müqayisədə 25,6% artım deməkdir.

Cari ilin yanvar–iyun aylarında Ələt–Kurık və Kurık–Ələt marşrutları üzrə ümumilikdə 8 497 nəfər sərnişin daşınıb. Onlardan 4 658 nəfəri Ələt–Kurık, 3 839 nəfəri isə Kurık–Ələt istiqamətində səfər edib.

Eyni dövrdə Ələt–Türkmənbaşı və Türkmənbaşı–Ələt marşrutları üzrə 4 722 nəfər sərnişin daşınıb. Sərnişinlərin 2 692 nəfəri Ələt–Türkmənbaşı, 2 030 nəfəri isə Türkmənbaşı–Ələt istiqamətində səyahət edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır