Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

nsxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ilk iclası keçir

Yanvarın 17-də Gürcüstanın Batumi şəhərində  Transxəzər Beynəlxalq Nəqliyyat  Marşrutunun  inkişafı üzrə işçi qrupunun cari ildə ilk iclası keçirilib.  İclasda Çin-Avropa istiqamətində Xəzər üzərindən keçməklə Transxəzər dəhlizi üzrə tariflər bir daha nəzərdən keçirilib, marşrutun  digər alternativ xətlərlə müqayisəli təhlili aparılıb. Toplantıda dəhlizin rəqabət qabiliyyətinin daha da artırılması,  yarana biləcək  çətinliklərin aradan qaldırılması məsələləri də diqqət mərkəzində olub. İşçi qrupunun  üzvləri   Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsindən sonra yüklərin  Xəzər üzərindən keçməklə  Avropaya,  Ukraynada mövcud geosiyasi vəziyyətlə bağlı isə yüklərin Orta Asiya  və Çinə  çatdırılması imkanları barədə ətraflı fikir mübadiləsi aparıblar. Azərbaycan, Türkiyə,  Gürcüstan,  Qazaxıstan, Ukrayna və  Polşanın əlaqədar qurumlarının qatıldığı toplantıda ölkəmizi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri təmsil ediblər. Sonda iclasın yekunlarına dair protokol imzalanıb. Yanvarın 18-də isə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq  Assosiasiyasının  təsisçilərinin iclası keçiriləcək.   İclasda Assosiasiyanın  2017-il üçün iş planı təsdiq olunacaq. Xatırladaq ki, 2016-cı ilin  oktyabrında  Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna   hüquqi status verilərək  Beynəlxalq Assosiasiya formatına gətirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır