İstanbul boğazından ilin ilk yarısında 19 277 gəmi keçib
Bu ilin yanvar–iyun aylarında İstanbul boğazından 19 277 gəmi keçib. Gündəlik orta keçid sayı 107 gəmi təşkil edib. Bu dövrdə boğazdan keçən gəmilərin 12 254-ü bələdçi kapitan xidmətindən istifadə edib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, ilin ilk yarısında boğazdan keçən gəmilərin ümumi tutumu 301 milyon 539 min 517 qros ton olub. Ən yüksək göstərici may ayında, ən aşağı göstərici isə fevral ayında qeydə alınıb.
Yük növlərinə görə, boğazdan 6 814 ümumi yük gəmisi, 3 757 tökmə yük gəmisi, 2 069 konteyner gəmisi, 899 kimyəvi tanker, 392 LPG tankeri, 116 Ro-Ro gəmisi, 290 sərnişin gəmisi və 20 hərbi gəmi keçib.
Ölçülərinə görə isə boğazdan keçən gəmilərin əksəriyyəti 100–150 metr uzunluğunda olub. Aprel–iyun aylarında uzunluğu 300 metrdən çox olan 26 gəmi İstanbul boğazından keçid edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə boğazdan keçən gəmilərin sayı 19 381-dən 19 277-yə düşərək cüzi azalsa da, ümumi qros tonaj 291,8 milyon tondan 301,5 milyon qros tona yüksəlib. Bu isə daha iri tonnajlı gəmilərin boğazdan istifadə etdiyini göstərir

