Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-12,
Seanews
Heyder Eliyev

Cənubi Koreya Avropaya Arktik marşrut üzrə sınaq səfərinə başlayır

Cənubi Koreya Şimal Buzlu okean üzərindən Avropaya ilk kommersiya konteyner səfərini həyata keçirməyə hazırlaşır.

“Seanews.az” xəbər verir ki, “PanStar Acro” konteyner gəmisi Busan  limanından yola düşərək Böyük Britaniyanın Feliksstou, Niderlandın Rotterdam və Polşanın Qdansk limanlarına daxil olacaq. Səfərin 40-45 gün davam edəcəyi gözlənilir.

Gəminin Şimal Dəniz Marşrutu (NSR) ilə hərəkəti Arktikada buz örtüyünün əriməsinin marşrutu kommersiya baxımından daha əlçatan etməsi fonunda həyata keçirilir. Cənubi Koreyanın Okeanlar Nazirliyinə görə, bu marşrut Süveyş kanalı ilə müqayisədə səfər müddətini 35%-dək qısalda və daha az yanacaq sərfiyyatı təmin edə bilər.

Bununla belə, marşrutun Rusiya ərazisindən keçməsi Cənubi Koreyanın Qərb müttəfiqləri ilə bağlı narahatlıq yaradıb. Səfərin həyata keçirilməsi üçün Seul Rusiyanın icazə və əməkdaşlığına ehtiyac duyur.

Sınaq səfəri üçün hökumətin dəstəklədiyi tenderi qazanan “PanStar” 2 700 TEU tutumlu konteyner gəmisini Arktikada üzmək üçün uyğunlaşdırıb. Şirkət avtomobil hissələri, ərzaq və kosmetika da daxil olmaqla ən azı 1 300 TEU yük götürməyi planlaşdırır.

Cənubi Koreya 2030-cu ilədək Arktik marşrut üzrə müntəzəm kommersiya xidmətinin yaradılmasını hədəfləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır