dəmiryolu xəttinin istismara verilməsi üçün son işlər görü
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi istiqamətində işlər sürətləndirilib. Belə ki, xəttin keçdiyi həm Gürcüstan, həm də Türkiyə ərazisində gecə-gündüz fasiləsiz iş görülür. Bu barədə Türkiyə mətbuatı yazır. Məlumata görə, bəzi yerlərdə artıq test qatarlarının hərəkətinə başlanılıb. Hazırda yolun Türkiyə hissəsində son bərkitmə prosesi həyata keçirilir. Gürcüstan tərəfdə ortaya çıxan kiçik problemlərin aradan qaldırılmasından dərhal sonra isə layihə istismara veriləcək. Xatırladaq ki, BTQ dəmir yolu Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərarası müqavilə əsasında tikilir. Layihə çərçivəsində ilkin mərhələdə ildə 1 milyon nəfər sərnişin və 6,5 milyon ton yük daşınması planlaşdırılıb. Sonrakı illərdə isə ildə 17 milyon ton yük daşınması nəzərdə tutulub.