Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

rkmənistan və Qazaxıstan BTQ-nin köməyi ilə Azərbaycandan Türkmənbaşı və Aktau limanları ilə birləşə bi

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun yükdaşıma baxımından böyük potensialı var. Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan  açılışı gözlənilən BTQ-nin əhəmiyyətini şərh edərkən deyib. Nazirin sözlərinə görə, əgər yükdaşımanı təhlil etsək, Çindən Almaniya, Fransa və İngiltərə kimi ölkələrə yükdaşımaların 45-62 gün çəkdiyini görə bilərik: “Bu yükdaşıma Avropa İttifaqı (Aİ) ölkələrinə Türkiyə vasitəsilə icra edilsə, o zaman yükləri 30-45 günə çatdırmaq olar. Bu, məhz həmin dəhlizə üstünlük verilməsinə səbəb ola bilər”. Ə.Arslan bildirib ki, Çindən Aİ ölkələrinə illik yükdaşıma təqribən 240 milyon ton təşkil edir: “Əgər hər il Türkiyə əraizisi ilə Aİ ölkələrinə ümumi yüklərin 10 faizi çatdırılsa, bu, ən azı 24 milyon ton əlavə yük olacaq”. O xatırladıb ki, 2004-cü ildə Tbilisidə Türkiyə-Gürcüstan-Azərbaycan birgə nəqliyyat komissiyası çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyan BTQ dəmiryolu layihəsinin həyata keçirilməsi barədə qərar qəbul edilib: “Layihə hesabına Türkiyə, Gürcüstan və Azərbaycan Mərkəzi Asiyanın türkdilli ölkələri, eləcə də Pekin və Londonla birləşəcəklər”. Nazir qeyd edib ki, BTQ-nin köməyi ilə Türkmənistan və Qazaxıstan da Azərbaycandan Türkmənbaşı və Aktau limanları vasitəsilə birləşə bilər. Ə.Arslan əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu istismara veriləndən sonra yükdaşımaların ilkin həcmi 6,5 milyon ton təşkil edəcək: “2023-cü ilə isə yükdaşımaların 6,5 milyondan 17 milyon tonadək artırılması gözlənilir. Sərnişin axını isə 1 milyondan 3 milyon nəfərədək artacaq”. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır