Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

nyunqan limanı ilə strateji əməkdaşlıq müqaviləsi imzala

Seanews.az xəbər verir ki , Çində beynəlxalq logistik sərgi çərçivəsində liman və gəmiçiliyin inkişafı ilə bağlı Beynəlxalq Forum baş tutub. Forum çərçivəsində “Bir kəmər – bir yol” marşrutu üzrə yerləşən tərəfdaşlarla əməkdaşlıq məsələləri müzakirə olunub. Forumun işində həmçinin “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası da iştirak edib.  Tədbirdə TBNM-nin nümayəndələri marşrutun perspektivləri, inkişaf dinamikası haqqında ətraflı məlumat veriblər. Forumun ikinci günündə isə Lyanyunqan limanı və “TBNM” Beynəlxalq Assosiasiyası arasında strateji əməkdaşlığa dair saziş imzalanıb.  Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, marşrutun əhatə zonasının genişləndirilməsi haqqında razılığa gəliblər. Qeyd olunub ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun daha da inkişafı üçün əlverişli beynəlxalq şərait yaranıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır