Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

dəmir yolunun ötürmə qabiliyyəti illik 50 mln tonadək art

2034-cü ildə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti 3 mln. sərnişin və 17 mln. ton yük təşkil edəcək. Bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Ahmet Arslan deyib. “2034-cü ilin sonunda BTQ dəmir yolunun ötürmə qabiliyyəti illik 3 mln. sərnişin və 17 mln. ton yük təşkil edəcək. Üzun müddətli perspektivdə isə bu göstəricinin illik 50 mln. ton yükə çatdırmağı planlaşdırırıq”, – A. Arslan Azərbaycanın “Caspian Energy” jurnalına müsahibəsində bildirib. O xatırladıb ki, ilkin mərhələdə BTQ ilə illik 1 mln. sərnişin və 6,5 mln. ton yükün daşınması gözlənilir. “Bu istiqamətdə Azərbaycanın neft-kimya məhsullarının bütün dünyaya tədarükü planlaşdırılır. O cümlədən, hesab edirik ki, Türkiyənin MDB ölkələri (Türkmənistan, Özbəkistan və Qazaxıstan) ilə hazırki ticarətinin mühüm hissəsi bu xəttə köçürüləcək”, – nazir vurğulayıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır