Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

n “Bir kəmər, bir yol” strategiyası çərçivəsində 100 əməkdaşlıq müqaviləsi imzala

Çin Xalq Respublikası “Bir kəmər, bir yol” strategiyası çərçivəsində dövlət və beynəlxalq təşkilat olmaqla 86 tərəf ilə ümumilikdə, 100 əməkdaşlıq müqaviləsi imzalayıb.  Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Xı Lifen bildirib ki, cari ildə strategiyanın həyata keçirilməsində böyük irəliləyişlərə nail olunub. Belə ki, Çin ilə strategiyanın əhatə etdiyi ölkələri birləşdirən bir neçə dəmir yolu, hava və dəniz nəqliyyatı xətti fəaliyyətə başlayıb. İndiyədək Çin ilə Avropa arasında 7 mindən çox yük qatarı səfəri reallaşıb. Çin rəsmisi Xı Lifen gələn ildə də strategiyanın, xüsusən də mayda Pekində “Bir kəmər, bir yol” strategiyası çərçivəsində keçirilmiş yüksək səviyyəli beynəlxalq əməkdaşlıq forumunda əldə olunan razılaşmaların həyata keçməsi istiqamətində böyük işlərin görüləcəyini bəyan edib. Qeyd edək ki, Çin dövlət başçısı Si Cinpin “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasını 2013-cü ildə elan edib. Çin ilə Avrasiya və Afrika ölkələri, o cümlədən qədim İpək Yolu üzərində yerləşən dövlətlər arasında qarşılıqlı əlaqələrin inkişafına və ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı müvafiq infrastruktur yaradılmasına yönəlmiş bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Söhbət malların güzəştli şərtlərlə Şərqdən Qərbə göndərilməsi üçün ticarət dəhlizlərinin yaradılmasından gedir. Azərbaycan Çinin bu strategiyasını dəstəkləyən ilk ölkələrdən biridir. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, oktyabrda istifadəyə verilən və Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu, habelə Bakı limanı Çinin “Bir kəmər, bir yol” strategiyasının həyata keçməsində əhəmiyyətli rola malikdir.  Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır