Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Viktoriya I” bərəsi Estoniya-İsveç marşrutuna buraxılmayacaq

Baltik bərə operatoru “Tallink Grupp”  2022-ci ilin sonuna qədər ikinci bərəni Tallin-Stokholm marşrutuna buraxmamaq qərarına gəlib.

“Seanews.az” xəbər verir ki, “Baltic Queen” bərəsi əvvəlki kimi bu xəttə tək xidmət etməyə davam edəcək. Tallinn və Stokholmdan səfərlər iki gündənbir yerinə yetiriləcək.

Əvvəllər nəzərdə tutulmuşdu ki, “Victoria I” də bu il iyunun əvvəlindən “Baltic Queen” gəmi bərəsinə qoşulacaq. “Victoria I” bərəsi Tallin-Helsinki marşrutuna cəlb edilənə kimi Tallin limanında qalacaq.

Xatırladaq ki, Estoniyanın “Tallink” gəmiçilik şirkəti COVID-19 pandemiyası səbəbindən iki il müddətinə dayandırılmış və aprelin 6-da yenidən açılması nəzərdə tutulan Riqa-Stokholm marşrutunun bərpasını 2022-ci il iyunun 3-nə qədər təxirə salıb.

“AS Tallink Grupp” Baltik dənizinin şimal regionunda aparıcı yük və sərnişin gəmisi operatorlarından biridir. Şirkət 15 gəmidən ibarət donanmaya malikdir və “Tallink” və “Silja Line” brendləri altında yeddi marşrut üzrə fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır