• Bakı, 2022-05-17,
Seanews
Heyder Eliyev

Süveyş kanalı apreldə ən yüksək aylıq gəliri əldə edib

 

“Seanews.az” xəbər verir ki,  Misirin Süveyş kanalı aprel ayında 629 milyon dollar  qazanlb ki, bu, indiyədək qeydə alınan ən yüksək aylıq gəlir sayılır.

Kanal administrasiyasının sədri Usama Rabie aprel ayında aylıq gəlirin bir il əvvəlkindən 13,6% çox olduğunu bildirib.

Qırmızı və Aralıq dənizlərini birləşdirən 193 kilometrlik su yolundan keçən gəmilərin ümumi sayı isə ötən illə müqayisədə 6,3% artaraq 1929 gəmi təşkil edib.

Bu müddət ərzində gəmilər ümumilikdə kanaldan 114,5 milyon ton yük daşıyıblar ki, bu da su yolları ilə tranzit üçün ən yüksək aylıq göstəricidir. Bununla yanaşı, aprel ayında ötən illə müqayisədə neft tankerlərinin, qazdaşıyanların və konteyner daşıyıcılarının sayı müvafiq olaraq 25,8%, 12% və 9% artıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır