Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Bu gün Ukraynanın üç limanından taxılla 11 gəmi çıxacaq

Bu gün Ukraynanın Odessa, Çornomorsk və Yujnı limanlarından “taxıl təşəbbüsü” çərçivəsində kənd təsərrüfatı məhsulları daşıyan daha 11 gəminin yola salınması planlaşdırılır.

Ukrayna İnfrastruktur Nazirliyinin məlumatına görə, gəmilərdə Afrika, Asiya və Avropa ölkələri üçün 240 min ton taxıl var.

Artıq 9 quru yük gəmisi Odessa və Çornomorsk limanlarını tərk edib, iki teploxod isə Yujnı limanında əlverişli hava şəraitini gözləyir.

“Taxıl dəhlizi” haqqında sazişin icrasına başlanılan 2022-ci il avqustun 1-dən indiyədək 3,33 milyon ton ərzaq ixrac edilib. Ümumilikdə 145 gəmi Ukrayna limanlarını Asiya, Avropa və Afrikaya məhsullarla tərk edib.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır