Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

8 gəmi ümumilikdə 195,5 min ton taxıl məhsulları ilə səfərə çıxıb

"Taxıl dəhlizi"nin həyata keçirilməsi çərçivəsində bu gün Ukrayna ərzaq məhsulları ilə dolu 8 gəmi Odessa və “Çornomorsk” limanlarını tərk edib.

Bu barədə ölkənin İnfrastruktur Nazirliyi məlumat yayıb.

Gəmilərin göyərtəsində ümumilikdə 195,5 min ton kənd təsərrüfatı məhsulu olduğu bildirilir.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, BMT və Türkiyə Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır