Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Yük və sərnişin daşınacaq marşrut “yaşıl dəhliz”ə çevriləcək

“Business Finland” hökumət təşkilatı “Rauma Marine Constructions” (“RMC”), “Viking Line”, “Abo Academy” (Turku) və “Kempower” şirkətlərinin birgə layihəsini maliyyələşdirmək üçün 1,59 milyon avro ayırıb.

“Seanews.az”ın məlumatına görə,  “Decatrip” birgə layihəsinin məqsədi Turku və Stokholm arasında yük və sərnişin daşınacaq marşrutda karbonsuz “yaşıl dəhliz” yaratmaqdır. “RMC”-nin baş menecerinin səlahiyyətlərini icra edən Mik Laurilehton deyib ki, layihə bu təcrübədən digər marşrutlarda istifadə etməyə kömək edəcək, çünki “bütün Aİ ölkələri, o cümlədən Finlandiya “yaşıl” dəniz nəqliyyatı dəhlizlərinin tikintisi ilə bağlı saziş imzalayıb”.

Vəsait “Biznes Finlandiya” fondları tərəfindən “RMC”, “Abo Academy” və “Kempower”-ə ödəniləcək. Bundan əlavə, “Viking Line” gəmiçilik şirkəti Aland adaları hökumətindən dəstək alacaq.

İlkin olaraq, layihə “Viking Line” donanması tərəfindən idarə olunan xəttdə karbonsuz daşınmanı təşviq etməyə xidmət edəcək. Layihə çərçivəsində “RMC” gəmilərin istismarı və “Kempower” şirkəti ilə birlikdə göyərtədə daşınan elektrik nəqliyyat vasitələrinin doldurulması üçün enerjiyə qənaət edən həllər hazırlayır. Universitet layihədə tədqiqat tərəfdaşı kimi iştirak edir. O, “yaşıl dəhliz”in sosial faydasını qiymətləndirəcək. Layihənin koordinatoru qismində PBI Araşdırma İnstitutu çıxış edəcək. Karbonsuz nəqliyyat üçün yanacağın Finlandiyanın cənub-qərbində istehsal edilməsi planlaşdırılır.

Universitet tədqiqatçıları hesab edirlər ki, Turku və Stokholm arasındakı “Viking Line” marşrutunda 5 il ərzində sıfır emissiyaya nail olmaq olar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır