Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“Sea Line” xəttinə 20-dən çox gəmi cəlb olunub

“Tranzit” şirkəti Vladivostokdan Çin və Vyetnam limanlarına "Sea Line" dəniz xidməti göstərən donanmada öz gəmilərinin sayını (“Tranzit Şamora”, “Tranzit Luqovaya” və Tranzit Sedanka") üçə çatdırıb.

“Xətdə öz gəmilərimizin olması yükün keyfiyyətinə nəzarət, sabit qrafik və qısaldılmış gözləmə müddətinə zəmanət verir", - deyə şirkətdən bildirilib.

“Seanews.az”“PortNews”-ə istinadən xəbər verir ki, ümumilikdə, icarəyə götürülmüş gəmilər nəzərə alınmaqla, “Sea Line” xəttinə 20-dən çox gəmi cəlb olunub.

Hazırda “Sea Line” xidməti Vladivostokdan dəniz yolu ilə yüklərin sabit qrafikə uyğun çatdırılmasını təmin edir:

Busan - Vladivostok - Busan - 2 gün;

Zhapu - Vladivostok - Zhapu - 4 gün;

Şanxay - Ninbo - Vladivostok - Şanxay - Ninbo - 4 gün;

Sindao - Xinqang - Vladivostok - Sindao - Xinqang - 4 gün.

“Tranzit” 15 il əvvəl yaradılan beynəlxalq nəqliyyat şirkətidir. Aylıq yük dövriyyəsi 15 min TEU-dan çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır