Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-23,
Seanews
Heyder Eliyev

2025-ci ilə qədər Haynanda azad limanın yaradılması başa çatdırılacaq

2025-ci ilə qədər Haynanda azad limanın yaradılması başa çatdırılacaq. Bu planı həyata keçirmək üçün Haikou şəhər hakimiyyəti yeni bizneslərə yardım göstərməyə və əlverişli biznes mühiti yaratmağa çalışır.

 “Seanews.az” xəbər verir ki,  Çinin Haykou şəhərində yeni bazar subyektlərinin sayı 2022-ci ildə 169,72% artıb. Həmçinin 610 yeni özəl ticarət və sənaye şirkəti qeydiyyata alınıb.

Plana əsasən, ada xüsusi gömrük zonasına çevriləcək. Ölkə hökuməti 2025-ci ilə qədər azad limanın yaradılacağına ümid edir: bu vaxta qədər adada azad ticarəti və investisiyaları təmin edən sistem qurulmalıdır.

Çinin “Haikou Daily” nəşrinin məlumatına görə, 2035-ci ilə qədər Haynan ticarət və investisiya azadlığını, kapitalın transsərhəd hərəkətini, insanların giriş-çıxışını, yük daşımalarını təmin etməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır