Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-17,
Seanews
Heyder Eliyev

Danimarka “Şimal axını” operatorunu qaz kəmərinin yaxınlığında tapılan naməlum obyektin sudan çıxarılmasında iştiraka dəvət edib

Danimarka Enerji Agentliyi “Şimal axını-2” operatorunu qaz kəmərinin yanında tapılan naməlum obyektin sudan çıxarılmasında iştiraka dəvət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Agentliyin yaydığı məlumatda deyilir.

“Danimarka səlahiyyətliləri obyektin mahiyyətini aydınlaşdırmaq üçün Danimarka Müdafiə Nazirliyinin yardımı ilə onu qaldırmaq qərarına gəliblər. Danimarka Enerji Agentliyi boru kəmərinin sahibi olan “Şimal axını-2 AG” şirkətini bu əməliyyatda iştiraka dəvət edib”, - sənəddə deyilir. Qeyd olunur ki, agentlik operatordan cavab gözləyir.

Xatırladaq ki, bundan əvvəl “Qazprom”un gəmisi “Şimal axını”nda əvvəlki terror aktının baş verdiyi yerdən 30 kilometr aralıda başqa partlayıcı qurğunun olması ehtimalına dair sübutlar tapmışdı. Mütəxəssislər hesab edirlər ki, bu, boru kəməri sisteminin altına yerləşdirilən partlayıcı qurğunun işə salınması üçün siqnalı qəbul edən antena ola bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır