Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“CMES” 10 tankerin tikintisi üçün 927 milyon dollar ödəyəcək

“China Merchants Group”-a daxil olan “China Merchants Energy Shipping” (“CMES”) gəmiçilik şirkəti “Dalian Shipbuilding Industry Co”-ya (“DSIC”) 10 tankerin tikintisini sifariş verib.

“Seanews.az” xəbər verir ki, “CMES” yeni tikililər - dedveyti 306 min ton olan beş VLCC və dedveyti 115 min ton olan beş “Aframaxes/LR2” ərzaq məhsulları daşıyıcısı üçün 927 milyon dollar ödəyəcək.

“CMES” hazırda genişmiqyaslı donanmanın yenilənməsi proqramını həyata keçirir. Şirkətin sifariş portfelinə balkerlər, avtomobil daşıyıcıları, böyük tutumlu LNG qaz daşıyıcıları və metanolla işləyə bilən dünyada ilk VLCC tankeri daxildir.

Yeni gəmilər ikitaktlı ammonyak mühərrikləri və skrubberlərlə təchiz ediləcək. Gəmilər sifarişçiyə 2027 və 2028-ci illərdə təhvil veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır