Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Böyük Britaniya hərbi gəmilərin və sualtı qayıqların əməliyyat hazırlığını artırır

Böyük Britaniyanın hərbi gəmiləri və sualtı qayıqlarının əməliyyat və döyüş hazırlığı artırılacaq.

Ordu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Təşəbbüs çərçivəsində Britaniyadakı kiçik və orta sahibkarlar Britaniyanın Müdafiə Nazirliyi ilə birlikdə ölkənin gəmi və sualtı qayıqlarının döyüş hazırlığının artırılması üçün çalışacaqlar.

850 milyon funt-sterlinq büdcə ilə həyata keçiriləcək layihə çərçivəsində Britaniya hərbi gəmiləri və sualtı qayıqlardakı qeyri-döyüş texnikası üçün dəstək və ehtiyat hissələri də təmin ediləcək.

Açıqlamada proqram sayəsində Britaniya ordusunun qlobal miqyasda döyüş gəmilərindən, sualtı qayıqlardan istifadə etmə imkanlarının artacağı və bütün bunların ölkənin milli təhlükəsizliyinə töhfə verəcəyi bildirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır