Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Royal Caribbean Group” “Meyer Turku” ilə dördüncü “Icon” sinifli kruiz gəmisinin tikintisinə dair müqavilə imzalayıb

“Royal Caribbean Group” (“RCL”) Finlandiyanın gəmi istehsalçısı “Meyer Turku” ilə dördüncü “Icon” sinifli kruiz gəmisinin tikintisi üçün müqavilə imzalayıb. Gəmi 2027-ci ildə “Royal Caribbean International” (“RCL” qrupuna daxildir) kruiz şirkəti tərəfindən istismar ediləcək. Müqavilə bu sinifdən olan beşinci və altıncı gəmilərin inşası variantını da nəzərdə tutur.

Bunu “Seanews.az” kruiz operatorunun mətbuat xidmətinə istinadən xəbər verir.

İlk “Icon” sinifli layner keçən ilin yanvarında suya buraxılıb. Seriyanın ikinci - “Star of the Seas” gəmisinin 2025-ci ildə, üçüncü, hələ adı açıqlanmayan gəminin isə bir il sonra suya buraxılması planlaşdırılır.

Yeni sifariş də daxil olmaqla, Finlandiya tərsanəsi tərəfindən “Royal Caribbean Group” üçün 28 il ərzində inşa edilən gəmilərin sayı 21 ədəd olacaq.

“Royal Caribbean Group”-un (“RCL”) beş kruiz brendi 68 gəmidən ibarət birləşmiş donanmaya malikdir. Qrupun özünün üç kruiz brendi var: “Royal Caribbean International”, “Celebrity Cruises” və “Silversea”. O, həmçinin “TUI Cruises” və “Hapag-Lloyd Cruises” şirkətlərini idarə edən birgə müəssisədə 50% paya malikdir.

Qrupun kruiz brendləri 2024-cü ildə öz donanmalarına dörd kruiz gəmisini, o cümlədən “Icon of the Seas” və “Utopia of the Seas” (“Royal Caribbean International” üçün), “Silver Ray” (“Silversea”) və “Mein Schiff 7” (“TUI Cruises”) daxil edib. “Royal Caribbean International” üçün sifariş verilmiş yeddinci “Oasis” sinifli gəmi 2028-ci ildə istismara veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır