Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Tatarıstanda yeni yük limanı açılıb

Tatarıstanda Sviyajsk regionlararası multimodal logistika mərkəzinin ərazisində yük limanı açılıb. O, iki beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşir.

“Seanews.az”-ınTararstan Respublikasının Zelenodolsk bələdiyyəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mərasim dünən baş tutub. Tədbirdə Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Aleksandr Poşivay, Tatarıstan Respublikasının nəqliyyat naziri Farit Hənifov, Zelenodolsk rayonunun rəhbəri Mixail Afanasyev, Dəniz və Çay Nəqliyyatı üzrə Federal Agentliyin rəhbəri Andrey Tarasenko və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Limanın özəlliyi onun “Şimal-Cənub” və “Avropa-Qərbi Çin” beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, Rusiyanın Avropa hissəsinin vahid dərin su sistemi vasitəsilə 3 dənizə çıxış imkanıdır ( Qara, Xəzər, Baltik dənizləri).

Limanın yanalma körpülərinin uzunluğu 2,5 km-dən artıq, suyun dərinliyi 5 metrdir ki, bu da 13 çay-dəniz sinifli gəminin eyni vaxtda körpüyə yanalmasına imkan verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır