Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Qlobal istiləşmə ABŞ-də kütləvi körpü çökmələrinə səbəb olacaq

İqlim istiləşməsi Amerika Birləşmiş Ştatlarının nəqliyyat infrastrukturuna, xüsusilə də körpülərə mənfi təsir göstərir. Temperaturun artması körpülərin aşınmasını ciddi şəkildə sürətləndirir və ABŞ-nin bütün ərazisində çöküntülərə səbəb ola bilər.

Bu barədə Oxu.az "New York Times"a istinadən məlumat verir.

Körpülər ölkədə getdikcə daha tez-tez baş verən daşqınlar və ekstremal istilər səbəbindən dağıdılır. Bununla əlaqədar olaraq, ölkə daxilində insan hərəkəti və yük daşınmasında da təhlükə artır. Köhnə və aşınmış körpülər artıq həm mal qiymətlərinə, həm də logistikaya təsir göstərir.

Kolorado Universitetinin professoru Pol Çinovskinin sözlərinə görə, ABŞ-dəki körpülərin əksəriyyəti bugünkü istiliyə hesablanmayıb. Temperatur dəyişiklikləri daim konstruksiyaları genişləndirir və kiçildir, bu da onları aşındırır. Bununla əlaqədar olaraq, növbəti bir neçə onillikdə ABŞ-də körpülər daha tez-tez bağlanacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır