Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Höteborq limanında “RO-RO” terminalı açılıb

Ötən həftənin sonunda Höteborq limanında yeni “RO-RO” terminalı açılıb. “Arendal 2” terminalının sahəsi 144 min kvadratmetrdir.

“SeaNews.az”-ın liman idarəsinə istinadən verdiyi məlumata görə, bu, Höteborqda son 40 ildə həyata keçirilən ən böyük genişləndirmə layihəsidir.

“Arendal 2”-yə qoyulan investisiyanın həcmi təxminən 60 milyon avro təşkil edib. Tikinti işləri 6 il müddətində aparılıb. Amma terminalın tikintisi barədə hələ 1990-cı illərdə söhbət gedirdi”, - deyə limanın baş direktoru Göran Eriksson bildirib.

Yeni terminal limanın yük əməliyyatlarını şəhər mərkəzindən kənara köçürmək strategiyasının bir hissəsidir.

“Arendal 2”-nin sahəsinin bir hissəsindən gələcəkdə “Stena Line” istifadə edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır