Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Grain Gates” şirkəti Qana, Mali və Peru üçün yeganə taxıl tədarükçüsü olub

“Grain Gates” şirkəti 2023/2024 kənd təsərrüfatı mövsümündə Qana, Mali və Peru kimi ölkələrə Rusiya taxılının yeganə tədarükçüsü olub. Həmin ölkələrə ümumilikdə 255 min ton taxıl göndərilib ki, bu da ötən mövsümdə “Grain Gates” şirkətinin ümumi tədarükünün 2%-ni təşkil edir (14,1 milyon ton).

“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“PortNews”-in daha əvvəl yazdığı kimi, başa çatan mövsümdə ixracatçı tədarük coğrafiyasını 26 ölkədən 41 ölkəyədək genişləndirilib.

“Grain Gates” şirkəti üçün 2023/2024-cü il mövsümündə taxıl tədarükü üzrə liderlər Misir (1,86 milyon ton), Türkiyə (1,34 milyon ton), Liviya (930 min ton), Əlcəzair (860 min ton), İndoneziya (840 min ton) olub.

2024/2025-ci il mövsümünün əvvəlində 940 min ton taxıl tədarükü ilə Misir liderlik edir. İkinci yerdə 310 min tonla Səudiyyə Ərəbistanıdır.

2022-ci ildən Taxıl İxracatçıları İttifaqının üzvü olan “Grain Gates” şirkəti əksər dünya ölkələrinin taxıl ixracatçısıdır. Əsas ixrac məhsulları: buğda, arpa, qarğıdalı və yağlı bitkilərdir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır