Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Britaniya miqrant qayıqlarını Fransaya qaytarmayacaq

Britaniya Fransadan La-Manş boğazı vasitəsilə Britaniyaya keçmək istəyən miqrant qayıqlarına müdaxilə edərək onları Fransaya qaytarmayacaq.

AZƏRTAC “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, bu barədə sərhəd təhlükəsizliyi naziri Ancela İql açıqlama verib. O bildirib ki, Böyük Britaniya Fransanın razılığı olmadan qayıqları geri qaytara bilməz: “Əgər miqrantları daşıyan qayıqlarda hər hansı bir hadisə Fransa sularında baş verərsə, onlar Fransaya qaytarılır. Əgər hadisə Britaniya sularında baş verərsə, biz onları Böyük Britaniyada təhlükəsiz yerə gətirəcəyik”, - nazir qeyd edib. O, kiçik qayıqları geri çevirməyin onların batmasına və daha çox miqrantın ölməsinə səbəb ola biləcəyini vurğulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır