Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Səudiyyə Ərəbistanının limanları Qırmızı dəniz böhranından daha çox zərər çəkib

Qırmızı dəniz böhranının konteyner daşıma sahəsinə mənfi təsiri davam edir.

“Seanews.az” xəbər verir ki, “Sea-Intelligence” tədqiqat şirkətinin analitikləri bu qənaətə gəliblər. Onların fikrincə, nəqliyyat marşrutlarının dəyişməsindən ən çox Səudiyyə Ərəbistanının limanları zərər çəkib.

Qırmızı dəniz böhranının sahəyə necə təsir etdiyinə dair araşdırma zamanı Süveyş kanalına ən yaxın bölgələrdə yerləşən limanlara baxılıb. Bunlar Şərqi Aralıq dənizinin, Ədən körfəzinin və Qırmızı dənizin özünün limanlarıdır. Qeyd olunur ki, Şərqi Aralıq dənizindəki limanlara edilən səfərlərin sayı hələ böhran başlamazdan əvvəl azalmağa başlayıb. Belə ki, 2024-cü ilin yanvarında səfərlərin sayında azalma təxminən 22% təşkil edib.

Böhranın ən ciddi nəticələrini Qırmızı dəniz limanları hiss edib, burada dərin dəniz limanlarına edilən səfərlərin aylıq azalması təxminən 85% təşkil edib: böhrandan əvvəlki ayda 200-dən çox səfər qeydə alınmışdısa, 2024-cü ilin iyulunda səfərlərin sayı 60-a enib. Qırmızı dənizdə daha çox zərər çəkmiş yükaşırma mərkəzləri Səudiyyə Ərəbistanının Ciddə və Kral Abdullah limanları olub. Belə ki, əvvəllər Ciddə limanına ayda orta hesabla 135 gəmi yan alırdısa, hazırda 37 gəmi səfər edir.

Şərqi Aralıq dənizində ən çox zərər çəkmiş limanlar Yunanıstanın Pirey, Misirin Port Səid, Ədən körfəzində isə Omanın Salalah limanı olub.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır