Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Yaxınlaşan qasırğa səbəbindən Ninbo-Çjouşan limanında yanacaq tədarükü əməliyyatları dayandırılıb

Qasırğa səbəbindən dünən səhər saatlarından etibarən Çinin Ninbo-Çjouşan liman kompleksinin reydində bütün yanacaq tədarükü əməliyyatları dayandırılıb. “Pulasan” adlandırılan  qasırğanın bu gün Zhejiang əyalətinin sahilyanı ərazilərinə çatması gözlənilir.

“Seanews.az”-ın Çinin Milli Meteorologiya Mərkəzinə istinadən verdiyi məlumata görə, qasırğa bu həftənin əvvəlində Şanxayda baş verən və Jiangsu və Zhejiang əyalətlərinə təsir edən “Bebinka” qasırğasına oxşar yolla gedə bilər.

“Pulasan” hazırda Sakit okeanın şimal-qərbində, Okinava adasındakı Kadena aviabazasından təxminən 537 km cənub-şərqdə yerləşir və şimal-qərbə doğru irəliləyir.

Qeyd edilir ki, Ninbo-Çjouşan limanında bunker əməliyyatlarının tam bərpası daha sakit hava şəraitinin proqnozlaşdırıldığı  vaxtda - sentyabrın 21-də  mümkün olacaq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır