Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Hindistanda yeni Tutikorin Beynəlxalq Konteyner Terminalı istifadəyə verilib

Hindistanda yeni Tutikorin Beynəlxalq Konteyner Terminalı (“TICT”) istifadəyə verilib.

“Seanews.az”-ın “Port Technology” nəşrinə istinadən verdiyi məlumata görə, terminalın illik yükaşırma gücü  6 milyon TEU-dur.

Açılış mərasimində ilk konteyner gəmisi terminalın yanalma körpüsünü tərk edib.

Hindistanın ən mühüm liman infrastruktur layihələrindən birinin istifadəyə verilməsi mərasimində videomüraciətlə çıxış edən Baş nazir Narendra Modi qeyd edib ki, suya oturumu 14,2 metr və tutumu 10 min TEU-ya qədər olan konteyner gəmiləri terminalın 300 metrlik körpüsünə yan ala biləcək.

Terminalın istismarının Hindistana liman logistika xərclərini azaltmağa və xarici valyutaya qənaət etməyə imkan verən Tutikorin şəhərindəki V. O. Chidambaranar (“VOC”) limanının ümumi yükaşırma qabiliyyətinin artırılmasına töhfə verəcəyi gözlənilir.

Hindistanın Limanlar, Gəmiçilik və Su Yolları naziri Sarbananda Sonoval qeyd edib ki, “Tutikorin Beynəlxalq Konteyner Terminalının açılışı ölkənin müasir və dayanıqlı infrastruktur strategiyasına uyğun olaraq Hindistanın dəniz nəqliyyatının inkişafında irəliyə doğru mühüm addımdır”.

Terminalın tikintisi layihəsi milli büdcəyə təxminən 434 milyon rupiyə (51 milyon dollar) başa gəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır