Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-28,
Seanews
Heyder Eliyev

“Yonhap”: ABŞ-ın nüvə sualtı qayığı Cənubi Koreya limanına daxil olub

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən sualtı qayığı “USS Vermont” Cənubi Koreyanın Busan şəhərinin limanına daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Bildirilib ki, sualtı qayıq ləvazimatları artırmaq və ekipajının istirahəti üçün limana daxil olub. Cənubi Koreya Hərbi Dəniz Qüvvələri Amerika hərbçiləri ilə “dostluq mübadiləsi” planlaşdırdığını bildirib. Bu, “USS Vermont” gəmisinin Cənubi Koreya limanına ilk səfəridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır