Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Hindistan növbəti təyyarədaşıyan gəmini özü inşa edəcək

Hindistan növbəti təyyarədaşıyan gəmini öz gücü ilə inşa etməyi planlaşdırır.

“Seanews.az” xəbər verir ki, Hindistan Hərbi Dəniz Qüvvələri komandanlığı müvafiq təklifi hərbi idarənin Müdafiə Təchizat Şurasına təqdim etməyə hazırlaşır.

Yeni layihə “IAC-II” adlanır. Gəminin yükgötürmə qabiliyyəti 45 min ton olacaq. Onun tikintisi xəzinəyə təxminən 40 min crore rupiye [4,79 milyard dollar] başa gələcək.

Hindistan mediası bildirir ki, “IAC-II” Hindistan donanmasının gücünə əlavə güc qatacaq.

Tikintini ilk milli təyyarədaşıyan “INS Vikrant”-ı inşa edən dövlətə məxsus “Cochin Shipyard” həyata keçirəcək.

Hindistan hazırda iki təyyarədaşıyan gəmini istismar edir: Rusiyada inşa edilmiş “INS Vikramaditya” (yükgötürmə qabiliyyəti 45,4 min ton) və öz istehsalı olan “INS Vikrant (yükgötürmə qabiliyyəti 45 min ton).

Qeyd edək ki, bu gəmilər müvafiq olaraq 2014 və 2022-ci illərdə istifadəyə verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır