Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Aktau limanında konteyner qovşağının tikintisi üçün birgə müəssisə yaradılır

“KTZ Express” ASC, “Lianyungang Port Group” MMC və “Aktau Dəniz Ticarət Limanı” ASC Qazaxıstanın Aktau limanında konteyner qovşağının tikintisi üçün birgə müəssisə yaradır.

“Seanews.az” bu barədə Qazaxıstan Dəmir Yollarının “Telegram” kanalına istinadən məlumat verir.

Layihə “Bir kəmər, bir yol” qlobal təşəbbüsü çərçivəsində həyata keçirilir.

Məlumatda deyilir ki, Aktau limanındakı konteyner qovşağı Qazaxıstanın beynəlxalq logistika sistemindəki mövqeyini gücləndirəcək və yeni perspektivlər açacaq, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun cəlbediciliyini və tranzit daşımaların həcmini artıracaq.

Xəzər nəqliyyat-logistika qovşağına daxil olan Aktau limanında konteyner qovşağının tikintisi layihəsi limanın ötürücülük qabiliyyətinin 300 min TEU-dək artırılmasını nəzərdə tutur. Layihənin 2025-ci ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır. Obyektin işə salınması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların intensivləşdirilməsinə və Çindən Avropaya gedən tranzit yüklərin bir hissəsinin yönləndirilməsinə imkan verəcək.

Aktau dəniz limanı Xəzər dənizinin şərq sahilində, Qazaxıstan, İran, Azərbaycan, Rusiya və Türkiyəni birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Liman quru yüklərin, xam neftin və neft məhsullarının aşırılmasını təmin edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır