Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-28,
Seanews
Heyder Eliyev

Yeni gəmi stansiyası təqdim edilib

“LookOut Lite” adlı yeni gəmi stansiyası təqdim edilib.

“Seanews.az” xəbər verir ki, bu barədə “ServiceMarine_24” teleqram kanalı məlumat yayıb.

Yəqin bilmək istəyirsiniz ki, “LookOut Lite” gəmi stansiyası nədir? Bu, istənilən gəmini “ağıllı” gəmiyə çevirən yığcam qurğudur.

Təsəvvür edin ki, gəminizin yerini günün istənilən saatında izləyən və getdiyiniz yer barədə məlumat ötürən etibarlı köməkçiniz var.

“Iridium” peyk rabitəsindən istifadə sayəsində “LookOut Lite” Peyk Terminalı yer səthini 100% əhatə edir. Gəminin harada üzməsindən asılı olmayaraq, həmişə rabitə əlaqəsində olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır