Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Hindistan dünyanın ən böyük gəmiqayırma mərkəzlərinin beşliyinə daxil olmaq iddiasındadır

Hindistan səlahiyyətliləri ölkəni gəmilərin istehsalı, təmiri və texniki xidməti üzrə qlobal bazarda əhəmiyyətli oyunçuya çevirməkı ümidi ilə dünyanın gəmiqayırma nəhənglərindən, xüsusən də Yaponiya və Cənubi Koreyadan dəstək axtarır.

 “Seanews.az” xəbər verir ki, söhbət Dehlinin 2030-cu ilədək ilk onluğa, 2047-ci ilə qədər isə dünyanın ən böyük gəmiqayırma mərkəzlərinin beşliyinə daxil olmaq kimi iddialı planından gedir. İndi Cənubi Asiya respublikası bu reytinqdə 22-ci yeri tutur.

Ölkənin səlahiyyətli orqanları iqtisadi artım və inkişaf hədəflərinə nail olmaq üçün dünya gəmiqayırmasında öz payını 1%-dən 5%-dək və ya daha çox artırmağı hədəfləyir.

Güman edilir ki, bu yolla milli gəmiqayırma sektoru təkcə Hindistan gəmi sahiblərini dəstəkləməyəcək, həm də sənayedə qlobal miqyasda dominantlıq edən Çin, Yaponiya, Vyetnam və Cənubi Koreyanın gəmi istehsalçıları ilə rəqabət aparacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır