Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Çinin gəmiqayırma sahəsində artan üstünlüyü bəzi ölkələrdə narahatlıq doğurur

Yeni gəmilərin tədarükü, yeni gəmilərin tikintisi sifarişləri və sifariş qovluğu baxımından Çinin qlobal bazar payı 2024-cü ilin birinci yarısında müvafiq olaraq 55%, 74.7% və 58.9% təşkil edib.

“Seanews.az” xəbər verir ki, “BRS” brokerinin məlumatında belə deyilir.

Çinin 11 gəmiqayırma zavodu öz imkanlarını artırmaq planlarını açıqlayıb. Bu, 2024-cü ildən 2027-ci ilə qədər onların ümumi tutumunun 80% artmasına səbəb olmalıdır. Əlavə olaraq, gəmiqayırma bazarında baş verən canlanma və artan sifarişlərə cavab olaraq, ölkə daxilində bəzi işləməyən tərsanələr yenidən açılıb.

Çinin gəmiqayırma sahəsində artan üstünlüyü bəzi ölkələrdə narahatlıq doğurur. Kanada da bu yaxınlarda narazıların sırasına qoşulub.

Kanada Dəniz və Gəmiqayırma Sənayesi Assosiasiyasının (“CMISA”) prezidenti və icraçı direktoru Kolin Kukun fikrincə Çin istehsalı olan gəmilərə əlavə vergilər tətbiq edilməlidir.

Kanada bu yaxınlarda Çin istehsalı olan elektrik avtomobillərinə 100% əlavə vergi tətbiq edib. Kanada Dəniz və Gəmiqayırma Sənayesi Assosiasiyası bu verginin Çin istehsalı olan gəmilərə də şamil olunmasını istəyir.

“CMISA”, Kanadaya idxal edilən bütün Çin istehsalı gəmilər üçün tariflərin ikiqat artırılmasını və hər hansı bir dövlət qurumunun Çin istehsalı olan gəmiləri almasına və ya icarəyə verməsinə açıq şəkildə qadağa qoymağa çağırır.

Gəmi brokerləri hesab edir ki, üç ən böyük gəmiqayırma ölkəsində - Çin, Cənubi Koreya və Yaponiyada gəmiqayırma qabiliyyəti son bir ildə 20%-dən çox artıb. Bununla belə, bütün dünyada aktiv gəmiqayırma müəssisələrinin sayı 2007-ci ilin ən yüksək göstəricisindən 55% azalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır