“Blue Lagoon” balkerindən 19 heyət üzvü təxliyə edilib
Tayvanlı xilasedicilər 67,5 min ton yükdaşıma qabiliyyətinə malik “Blue Lagoon” balkerindən 3-ü rus olmaqla 19 heyət üzvünü təxliyə ediblər.
“Seanews.az” xəbər verir ki, Barbados bayrağı altında üzən “Blue Lagoon” balkeri 43,5 min ton filiz və 270 tona yaxın yanacaqla Çinin Saofeydyan limanından Sinqapura gedirmiş.
Heyət sahildən 18 mil aralıda maşın şöbəsində sızma aşkar edib və qəza siqnalı verib.
Dənizçilər Lanyu adasına aparılıb, onların həyatları üçün təhlükə yoxdur.
Quru yük gəmisi saya oturub. Balkerin gövdəsi zədələndiyi üçün yağ və yanacaq sızır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır