Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“MISC” və “SHI” iki yeni LNG tankerinin tikintisi üçün müqavilə imzalayıb

Malayziyanın tanker donanması operatoru “MISC” və Cənubi Koreyanın gəmi istehsalçısı “Samsung Heavy Industries” (“SHI”) iki yeni mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin tikintisi üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, gəmilərin təhvil verilməsi 2027-ci ilə planlaşdırılıb.

“MISC” həmçinin “Petronas LNG” şirkəti ilə mayeləşdirilmiş təbii qazın uzunmüddətli nəqli, o cümlədən yeni LNG daşıyıcıları üçün taym-çarteri təmin etmək niyyəti haqqında saziş imzalayıb.

Müqavilə 15 il müddətinə qüvvədə olacaq.

Eyni zamanda, şirkətlər üç mövcud LNG tankeri: “Seri Ayu”, “Seri Angkasa” və “Seri Beqavan” üçün taym-çarter müqavilələrinə vaxtından əvvəl xitam verilməsi barədə razılığa gəliblər. Tərəfdaşlar həmçinin iki LNG daşıyıcısını (“Seri Alam” və “Seri Amana”) icarəyə götürmək üçün müqavilələr bağlayıblar.

“MISC”-nin 31 LNG tankeri, 6 böyük etan daşıyıcısı (VLEC) və 2 üzən LNG saxlama qurğusu (FSU) var. Ümumilikdə, şirkətin idarə etdiyi 100-dən çox gəminin ümumi dedveyti 13 milyon tondan çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır