Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-05,
Seanews
Heyder Eliyev

Bosfor boğazında iki quru yük gəmisi toqquşub

Toqo bayrağı altında üzən 80 metrlik “Ayed 1” gəmisi Panama bayraqlı 180 metrlik “BUNUN ACE” gəmisi ilə toqquşub. Hadisə İstanbulun Üsküdar rayonu sahillərində baş verib.

“Seanews.az” Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə istinadən xəbər verir ki, toqquşan quru yük gəmilərini Mərmərə dənizindəki Ağırqapı körpüsünə çatdırmaq üçün bir neçə yedək gəmisi göndərilib.

Toqquşmadan sonra “Bunun Ace”-nin sükanı sıradan çıxıb və gəmi sahilə perpendikulyar olaraq hərəkət etməyə başlayıb. Yedək gəmiləri yük gəmisinin istiqamətini dəyişdirərək böyük qəzanın və sahildəki tikililərlə toqquşmanın qarşısını ala biliblər.

Hadisə nəticəsində xəsarət alan olmasa da, maddi ziyan dəyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır